"Suvivor 2020" yarışması ilə daha da məşhurlaşan aktyor Barış Murad Yağcı İstanbulun Taksim İstiqlal küçəsində sevgilisi Nisa Bölükbaşına evlilik təklifi edib.

Unikal.org xəbər verir ki, hər kəsin gözü önündə diz çökərək Nisaya üzük uzadan Barışa sevgilisi cavab verməyib.

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Nisa Bölükbaşı da "Suvivor 2020"nin iştirakçısı olub. Cütlük bir müddət əvvəl sevgili olduqlarını inkar edirdi.