Sabirabad rayonunda fərdi yaşayış evində quraşdırılan qaz sobası partlayıb.

Unikal.org-un xəbərinə görə, partlayış nəticəsində baş verən yanğın zamanı ev sahibəsi Əliyeva Ağasoltan Zakir qızı ağır yanıq xəsarətlətləri alaraq Bakıda yerləşən 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.