Ağdam rayonunun işğaldan azad olunan iki kəndi minalardan təmizlənib.

Unikal.org xəbər verir ki, rayonun Ağdamkənd və Sarıcalı kəndlərinin ərazisi demək olar ki tam olaraq minalardan təmizlənib, digər kəndlərdə isə təmizlənmə işləri aparılır.

Hazırda rayonun Qiyaslı və Şahbulaq kəndləri istiqamətində təmizləmə işləri aparılır.