Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, L.Şahbazova yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində nənəsinin evindən çıxaraq itkin düşmüşdü.