ABŞ Milli İncəsənət və Texnologiya Akademiyası yanvarın 31-də keçirilməsi planlaşdırılan "63-cü Qremmi" mükafatlandırma mərasiminin vaxtını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya ştatında keçiriləcək tədbir koronavirusuna görə təxirə salınıb. Mükafatlandırma mərasiminin dəqiq tarixi açıqlanmasa da, mart ayında baş tutacağı gözlənilir.