Milli Televiziya və Radio Şurasının üzvü Mübariz Elyazov vəfat edib.

Unikal.org-un məlumatına görə, bu barədə MTRŞ məlumat yayıb.

Qeyd olunub ki, Milli Televiziya və Radio Şurasının üzvü Elyazov Mübariz Elyaz oğlu COVİD-19 infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada vəfat edib.