Bakıda qapı-pəncərə sexində oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-dən cari il yanvarın 4-dək olan müddətdə Binəqədi qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərinin birindən 6 000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.Nəcəfov saxlanılıb.