Sosial media platforması "Instagram" ən çox izlənən dünyaca məşhur ulduzların siyahısını açıqlayıb.  

Unikal.org  xəbər verir ki, ilk sırada 251 milyon izləyici ilə portuqaliyalı məşhur futbolçu Kriştiano Ronaldo yer alıb. İkinci yerdə 214 milyonla müğənni Ariana Qrande, 3-cü yerdə isə 209 milyon izləyici ilə aktyor Duen Conson qərarlaşıb.

Qeyd edək ki, Ariana Qrande "İnstagram"da 200 milyon izləyicisi olan ilk qadın olub.