Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda "Kia" markalı minik avtomobilinin “UAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

10:01

Bakı- Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb. UAZ markalı yük maşını ilə KİA markalı avtomobil toqquşub. Nəticədə yük maşını aşıb. İlkin məlumata görə, hadisə zamanı minik avtomobilində olan iki qardaşdan biri ölüb, biri xəsarət alıb. 

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.