Polis üzərində saxta manat gəzdirən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N. Hüseynovdan 2 ədəd 100 manat, 1 ədəd 20 manat, 1 ədəd 5 manat saxta əsginas və 2,6 qramdan artıq heroin həmçinin elektron tərəzi aşkar edilərək götürülüb.