Bakı şəhər sakinində külli miqdarda narkotik aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Səbail rayonunun ərazisində paytaxt sakini P.Quliyevdən 6 kq 24 qram heroin aşkar edilərək götürülüb.