İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Azərbaycana səfər edəcək.

Unikal.org “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, M.Zərifin Moskva, Bakı və Yerevana səfərləri gündəlikdədir. S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib.