"Yeşilçam"ın sevilən ulduzlarından olan Fatma Girik "Posta" qəzetinə müsahibə verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa səhhətinin yaxşı olmadığını bildirib:

"Özümü yaxşı hiss etmirəm. Birinin köməyi olmadan yeriyə bilmirəm. Təzyiqim məni narahat edir. Başımdan da əməliyyat olunmuşam, əgər olmasaydım kor ola bilərdim. Sağlam olmadıqdan sonra həyatın mənası yoxdur. Çox gözəl yaşamışam, hər kəsə mənim kimi yaşamağı arzu edirəm. Az yaşım yoxdur. Velosipedə minib, oyun oynayan vaxtım keçib. Amma yenə də insan özünü yaxşı hiss etmək istəyir".