“Mançester Yunayted”də dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Unikal.org klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, qalib Bruno Fernandeş olub. 26 yaşlı yarımmüdafiəçi ötən ay 9 rəsmi oyuna çıxıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayından “Mançester Yunayted”də çıxış edən Fernandeş komandanın heyətində 6-cı dəfə bu mükafatı əldə edib.