Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 272 m² olan mənzilin yanar konstruksiyaları 23 m² sahədə yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.