Türkiyəli məşhur mahnıların bəstəkarı Şehrazat  Acun Ilıcalını məhkəməyə verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bəstəkar mahnılarını icazəsiz kanalında səsləndirdiyi üçün Acundan təzminat tələb edib. Ötən gün baş tutan məhkəmədə tərəflərin sadəcə vəkilləri iştirak yer alıblar.

Hakim Şehrazata dəyən maddi və mənəvi zərərin aradan qaldırılması haqqında qərar qəbul edib.

Qərara əsasən Ilıcalı Şehrazata 249 min lirə (təxminən 57 min 394 manat) və bu məbləğin 4 illik faizini ödəyəcək.