Ötən ay aktrisa Meqan Foksdan boşanan Hollivud ulduzu Brayan Ostin Qrin yeni münasibətə başlayıb.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, aktyor "Ulduzlarla rəqs" şousunun 35 yaşlı məşhur rəqqasəsi Şarna Berdcess ilə eşq yaşayır. Cütlük dekabrın 25-də hava limanında birlikdə görüntülənib.

Qeyd edək ki, bu yaxınlarda müsahibə verən Şarna yeni sevgilisinin olduğunu açıqlamış, lakin onun kimliyini sirr saxlamışdı.

Meqan Foksla 10 il ailəli olan aktyorun bu evlilikdən 3 övladı var.