Xocavənd rayonu, Böyük Tağlar kəndində ümumi sahəsi 120 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.