Bakıda qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Abbasovanın bank hesabından 712 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Rəhimov saxlanılıb, daha bir şəxs isə müəyyən edilib.