Şəmkirdə ağır yol qəzası baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində “ВАЗ” markalı minik avtomobili və “Mercedes” markalı yanacaqdaşıyan avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.