Bakı şəhərinin Xətai rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 1 ədəd qoruyucu açar və kabel 10 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.