Əməkdar artistlər Təyyar Bayramov, Anar Şuşalı, xanəndə Mirələm Mirələmov və müğənni Azad Şabanov birlikdə Şuşaya səfər ediblər. 

Unikal.org xəbər verir ki, səfərdən maraqlı görüntülər paylaşan sənət adamları bu dəfə Gövhər Ağa məscidində azan oxuyublar.

Sosial şəbəkələrdə paylaşılan görüntüdə  Əməkdar artist Təyyar Bayramov və xanəndə Mirələm Mirələmovun məsciddə azan oxuması əks olunub.