Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yaşlı qadının mal-qarasının oğurlanması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Unikal.org-a bildirib ki, videogörüntülərlə bağlı Qazax Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:
“Tezliklə araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Qazax rayonunun Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın videomüraciət edərək mal-qarasının oğurlandığını, lakin polis əməkdaşları tərəfindən araşdırmaların aparılmadığını deyib.