Xəbər verdiyimiz kimi, bu gün Bakı bulvarında azyaşlı qız dənizə düşərək köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki, azyaşlının xilas edilmə anının görüntüləri sosial şəbəkələrdə yayılıb.

***

18:25

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.