Bakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə,  ümumi sahəsi 80 m² olan ikimərtəbəli tikilinin (1-ci mərtəbəsi mebel sexi, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) birinci mərtəbəsinin yanar konstruksiyaları 40 m² sahədə yanıb. 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.