Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxt ərazisində, eləcə də Respublikanın digər bölgələrində yol kənarında, küçədə icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərə qarşı mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, sonuncu belə tədbir zamanı Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan iki nəfər – Rüfət Əliyev və Hacıağa Aslanov müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslərə məxsus obyektlərə baxış zamanı xeyli miqdarda nərə cinsli balıq aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxslərin müvafiq icazələri olmadan nərə cinsli balıqların qeyri-qanuni satışını təşkil etdikləri məlum olub. Polis İdarəsində hər iki şəxs barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.