"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov videoformatda mətbuat konfransı keçirib.

Unikal.org xəbər verir ki, R.Məmmədov AzTV-nin 2019-2020-ci illər üzrə hesabatı ilə çıxış edib. 
O, sosial şəbəkələrdə canlı yayımlanan konfrans zamanı son iki ildə kanalda görülən işlər, edilən dəyişikliklər barədə ətraflı məlumat verib.

Rövşən Məmmədov AzTV-nin Türkiyənin "HaberGlobal" teleziya kanalı ilə ortaq yayım etdiyini xatırladıb: "Biz bu il ərzində bir neçə dəfə Türkiyənin "HaberGlobal” televiziyası ilə ortaq yayım etmişik. Bu, həm Böyük Vətən müharibəsi zamanı olub, həm də ondan sonra. 

Hazırda Türkiyənin "TRT” və Rusiyanın "Rusiya24” telekanalı ilə də ortaq yayım etmək haqda müzakirələr gedir”. 

Sədr "HaberGlobal” televiziyasından mütəxəssislərin də Bakıya dəvət olunduğunu deyib: "HaberGlobal” telekanalının bir neçə əməkdaşını AzTV-yə dəvət etmişik. Onların təcrübəsindən yararlanmaq istəyirik. Pandemiyaya görə bəzi problemlər var. Ancaq onların Bakıda mühazirəsini təşkil edəcəyik”.