Ötən gün Bakıda mənzildən meyiti tapılan 23 yaşlı qızın ölüm səbəbi məlum olub.

Unikal.org APA-ya istinadənxəbər verir ki, araşdırmalar zamanı müəyyən edilib ki, Suraxanı rayonundakı evlərdən birində meyiti tapılan, 1997-ci il təvəllüdlü Səfərova Fatimə Rövşən qızı özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1997-ci il təvəllüdlü Səfərli Fatimə Rövşən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.