Dünyanın 1988-2005-ci illər arasında pop ulduzu Maykl Ceksonun yaşadığı Neverland ferması 22 milyon dollara alıcı tapıb.

Unikal.org  xəbər verir ki, ABŞ-da dərc olunan "Wall Street Journal" qəzetinə görə, fermanı Ceksonun köhnə dostu Ron Burkle satın alıb. 

"Forbes" jurnalının son statistik məlumatına görə, özəl investisiya şirkəti  "Yucaipa Companies"in həmtəsisçisi olan Burkle 1,4 milyard dollar sərvətə sahibdir.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatındakı Los Olivosda yerləşən təsərrüfat 1100 hektar ərazidə inşa edilib.