2021-ci ildə 17 və 20 yaşadək futbolçular arasında keçirilməli olan dünya çempionatları baş tutmayacaq.

Unikal.org  FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumu hər iki mundialı ləğv edib.

Turnirlər müvafiq olaraq, Peru və İndoneziyada təşkil olunmalı idi. Yeni qərara əsasən, hər iki ölkə əvvəlcədən planlaşdırılan dünya çempionatlarına 2023-cü ildə ev sahibliyi edə biləcəklər.

Qeyd edək ki, U-17 yığmaları arasında son çempion Braziliyadır. Ukraynanın U-17 millisi isə öz yaşıdları arasında son qalibdir.