Məşhur müğənni Rihannaya qarşı təzminat davası açılıb.

Unikal.org  xarici KİV-nə istinadən xəbər ki, "Instagram"da ifaçıya aid “Fenty” firmasının reklamında almaniyalı sənətçi Kinq Xan və qızına aid mahnıdan icazəsiz istifadə edilib.

Belə ki, müəllif hüquqları tapdanan ata və qızı barbadoslu sənətçini məhkəməyə verərək ona təzminat davası açıblar.

Qeyd edək ki, Rihanna təkcə ötən il “Fenty” firmasının məhsullarının satışından əldə etdiyi gəliri ilə sərvətini 600 milyon dollar artırıb.