Fransada "Miss France 2021" gözəllik yarışması keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  ənənəvi olaraq hər il təşkil edilən müsabiqənin qalibi 23 yaşlı normandiyalı Amandin Petit olub. 

Məlumata görə, 23 yaşlı gözəl tibb universitetində təhsil alır və karyerasına tibb müəssisələrindən birində rəhbər olaraq davam edəcəyini bildirib.

İkinci yerin sahibi isə İsrail əsilli April Benayum olub.

Qeyd edək ki, yarışma Fransada tətbiq edilən karantin qaydalarına uyğun şəkildə təşkil edilib.