ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,68% artaraq 1 barelə görə 51,59 dollar təşkil edib.

Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,6% artaraq 48,41 dollar təşkil edib.