Müğənni Zeynep Sağdaşın evini açarlarını verdiyi bina mühafizəçisi soyub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Gözətçi Sağdaş evdə olmayanda içəri girərək zinət əşyalarını götürüb. Həbs edilən şəxsin 10 il həbsi istənilir.

Konsert vermək üçün tez-tez şəhərdən kənara çıxan Zeynep itini gəzdirməsi üçün evin açarlarını gözətçiyə etibar edib. Evə qayıdanda yataq otağının dağıılmış olduğunu görən müğənni brilyant boyunbağı, qolbaq və digər qızıllarının olmadığını aşkarlayıb. Onun evdə gəzdiyi kameralara əks olunub.

Mühafizəçi oğurluğu boununa almayıb. O, ancaq müğənninin onun üçün qoyduğu 80 lirəni götürdüyünü söyləyib.