"Mucize Doktor" serialının məşhur "Ali Vefa"sı, aktyor Taner Ölməz evlənmək qərarına gəlib.

Unikal.org  xəbər verir ki, bu barədə jurnalist Fatih Portakala məlumat verən aktyor, bir müddətdir nişanlı olduğu sevgilisi, aktrisa Ece Çeşmioğlu ilə 2021-ci ilin yayında evlənəcəyini açıqlayıb.

"Ece ilə uzun zamandır bərabərik. Əgər pandemiya olmasaydı, çoxdan evlənmişdik. Əgər korona bitsə, bu yay, yox bitməsə o zaman bu yaxınlarda evlənəcəyik. Bir neçə adamla nikah salonuna gedib, kəbinimizi kəsdirəcəyik. Başqa yolu yoxdur" deyən Taner Ölməz beləliklə yaxın zamanda ailə quracağının sevincini yaşayır.