Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar boks üzrə “Nokautlar Kralı-6” turniri keçirilib.

Bu yarışda orta çəkidə Azərbaycandan İsmət Quliyev də çıxış edəcək. Onun rəqibi Rusiyanı təmsil edən özbək əsilli Əlişir Aşurov olub.

Döyüşdə idmançımız qalib gəlib.

İsmət Quliyeva Unikal.org-a qələbəsi ilə bağlı danışıb:

"Rəqibim yerli idmançı Alişer Aşurov idi, peşəkar rinqdə 30 döyüşü var idi. Döyüş 6 raund olmalı idi, lakin rəqib 4-cü raunddan sonra davam etməkdən imtina etdi".

Qeyd edək ki, İsmət Quliyev hələ ki peşəkar boksda məğlubedilməzdir. O, keçirdiyi altı görüşdə qalib gəlib.