Türkiyə millisinin sabiq baş məşqçisi Özkan Sümer vəfat edib.

Unikal.org xəbər verir ki, sabiq məşqçi uzun sürən xəstəlikdən sonra 80 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xərçəngdən əziyyət çəkən Sümer bu gün dəfn olunacaq.

“Konyaspor”, “Qalatasaray”, “Dənizlispor”, “Malatyaspor”, “Samsunspor” və “Petrol Ofisi” kimi klublarda çalışmış Özkan Sümer “Trabzonspor” əfsanəsi sayılır. O, “bordo-mavili” klubda həm futbolçu, həm baş məşqçi, həm aşağı yaş qrupu üzrə koordinator, həm də prezident kimi fəaliyyət göstərib. Sümer baş məşqçi kimi “Trabzonspor”a Türkiyə çempionluğunu qazandırıb.