Gənclər və İdman Nazirliyi 2020-ci ildə idman sahəsində fəxri ad alanların sayını açıqlayıb.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın Unikal.org-a verdiyi məlumata görə, 20 nəfər "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" adı alıb.

12 nəfər "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi", 7 nəfər "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adına, 2 nəfər isə "Respublika dərəcəli hakim" adına layiq görülüb.