2021-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 40 ABŞ dolları olması nəzərdə tutulub.

Unikal.org xəbər verir ki, bu barədə 2021- ci ilin dövlət büdcəsinin fiskal risklər bölümündə məlumat verilir. 2021-ci il üçün büdcə gəlirlərinin hesablanması zamanı 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 35 ABŞ dollarına enərsə, neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft sektoruna təsirləri nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə 0,5 faiz olmaqla, ümumilikdə dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3 faiz azalma ola bilər. 

Bildirilir ki, xam neftin hasilatının azalması (o cümlədən, OPEC+ ölkələri tərəfindən qəbul ediləcək qərara uyğun olaraq) icmal büdcənin gəlirlərinə mənfi təsiri göstərə bilər.