Gələn ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı üçün ayrılacaq vəsait məlum olub.

Unikal.org xəbər verir ki, bu, 2021-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Gələn ilin dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı xərcləri üçün 343,4 min manat vəsait nəzərdə tutulur.