Gədəbəy rayonunda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki evlərin birindən 3 300 manat oğurlamaqda şübhəli bilinən Daşbulaq kənd sakini Ə.Ramazanov saxlanılıb.