Məşhur aparıcı Zaur Baxşəliyev noyabrın 8-də erməni işğalından azad olunmuş Şuşadakı evlərinin görüntüləri izləyiciləri ilə bölüşüb.

Unikal.org xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edərək bu sözləri yazıb: “Doğulduğum ev. Bütün ilklərimi yaşadığım ocaq. İlk dəfə dünyaya burada göz açdım, adım bu evdə qoyuldu, bu evdə ilk addımımı atdım, ilk dəfə bu evdə iməklədim. İlk dəfə bu evdə yıxıldım, ağladım. İlk sevinclərim, ilk kədərlərim. 11 yaşıma qayıtdım, tamam yadımdan çıxmış xatirələrim gəldi gözümün önünə, elə bilirdim unutmuşam. Bəlkə kimin üçünsə bu ev 4 otaqlı bir mənzildir, ancaq mənə görə bu ilklərimin yaşandığı saraydır. Yenə də özümüzə qayıtdın ilk sarayım, doğulduğum ev. Şükür qovuşdurana!”.