Braziliyalı əfsanə futbolçu Pele "eyni klubla ən çox qol vuran" rekordunu təkrarlayan "Barselona"nın argentinalı ulduzu Lionel Messini təbrik edib.

Unikal.org xəbər verir ki, Pele bu barədə İnstaqramda yazıb:

"Ürəyiniz sevgi ilə dolu olduqda, yolunuzu dəyişdirmək çətindir. Sənin də etdiyin kimi aşiq olduğun formanı hər gün geyinmənin nələr hiss etdirdiyini bilirəm. Bizə evimiz kimi hiss etdirən yerdən daha yaxşı bir yer olmadığını da bilirəm. Tarixi uğurun üçün səni təbrik edirəm. Hər şeydən də əvvəl, "Barcelona"dakı gözəl karyeran üçün təbriklər! Futbolda bizimki kimi bir klubda uzun zaman eşqlə bağlanılan hekayələr, təəssüf ki, getdikcə azalacaq. Səni çox qiymətləndirirəm".

Qeyd edək ki, ötən gün İspaniya çempionatında "Valensiya" ilə matçda vurduğu qolla "Barselona" forması altında 643-cü dəfə fərqlənən Messi, Pelenin (Braziliyanın "Santos" komandasında) sahibi olduğu "eyni klubla ən çox qol vuran oyunçu" adını təkrarlayıb.