Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib.

Unikal.org xəbər verir ki,  Peşəkar Futbol Liqası ilin son turunda matçlarının başlama saatını açıqlayıb.

Eyni gündə baş tutacaq tura “Neftçi” – “Keşlə” görüşü ilə yekun vurulacaq. Bu, Azərbaycan çempionatında 2020-ci ilin son matçı olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Zirə” və “Neftçi” – “Keşlə” oyunu “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XIII tur
24 dekabr (cümə axşamı)
16:00. “Səbail” – “Qəbələ”
“ASCO Arena”
16:00. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”
16:00. “Qarabağ” – “Zirə”
“Azersun Arena”
18:00. “Neftçi” – “Keşlə”
“Bakcell Arena”