Hollivud ulduzu Kristofer Uolken "The Late Show" proqramında qonaq olub.
Unikal.org
xəbər verir ki, 77 yaşlı sənətçi onlayn qatıldığı verilişdə etdiyi açıqlamalarla hər kəsi təəccübləndirib:

"İndiyə qədər nə telefonum, nə də kompüterim olub. "Zoom" proqramı ilə verilişə qoşulmaq üçün bir nəfərin bunu mənim üçün hazır vəziyyətə gətirməsini gözlədim. Texnikaya qarşı deyiləm, amma düşünürəm ki, bunun üçün gecikmişəm. İndiyə qədər nə tvit, nə də kiməsə ismarış yazmışam. Mobil telefon saat kimidir, lazım olarsa, başqa birində də var".