Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə dekabrın 18-də saat 17 radələrində Keşlə qəsəbəsində yaşayan H.Rzaxanovun qarın və qol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, dərhal polis əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər.

Münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Keşlə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədov təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.