İngiltərənin “Liverpul” klubu Premyer Liqada özünün ən böyükhesablı qələbəsini qazanıb.

Unikal.org xəbər verir ki, mersisaydlılar bu gun keçirilən qarşılaşmada “Kristal Pelas”ı 7:0 hesabı ilə darmadağın edib.

Bu, klubun son 31 ildə ən böyükhesablı qələbəsidir. Liverpulun eyniadlı təmsilçisi çempionatda son belə uğuruna yarış Premyer Liqa adlanmazdan öncə imza atıb.1989-cu ildəki “qurban” da “Kristal Pelas” olub. Həmin vaxt 9:0 hesabı qeydə alınıb.

Bu görüş Yurgen Kloppun da rekordu ilə əlamətdar olub. Almaniyalı “Liverpul”un baş məşqçisi kimi Premyer Liqada ən çox qələbə qazanan məşqçi olub. O, 127-ci qələbəsini 196-cı matçda bayram edib.

Klopp 125 qələbəsi olan Rafael Benitesi arxada qoyub. Jerar Ulye 112, Roy Evans 87, Brendan Rocers 63 qələbə ilə “Top-5”də yer alıb.