Belçika Krallığında işgüzar səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət edib və abidənin önünə tər çiçəklər qoyub.

Unikal.org xəbər verir ki, məlumatı XİN yayıb.

Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.