Rusiya Federasiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinə növbəti humanitar yük çatdırılıb.

Unikal.org xəbər verir ki, Rusiya FHN-in Dağlıq Qarabağdakı qrupunun rəhbəri Vadim Qarşin jurnalistlərə açıqlamasında bildirib ki, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş sakinlərə sosial əhəmiyyətli obyektlərin, mənzillərin və obyektlərin bərpası üçün zəruri olan tikinti materialları gətirilib: “Ümumi çəkisi 1200 tondan çox olan 54 vaqon humanitar yükün qəbulunu, boşaldılmasını və əhaliyə çatdırılmasını planlaşdırırıq”.