“Milan”ın hücumçusu Zlatan İbrahimoviç yenidən zədələnib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, isveçli futbolçu “qırmızı-qaralar”ın dünən keçirilən məşqində narahatlıq yaşayıb. Tibbi müayinədən keçən futbolçunun sol ayaq əzələsində qanaxma aşkarlanıb. 39 yaşlı futbolçu 10 gündən sonra yenidən tibbi müayinədən keçəcək.

Noyabrın sonlarında zədələnən İbrahimoviç komandanın son oyunlarında meydana çıxa bilməyib.